Azərbaycan atıcılıq idman növündə Tokio Yay Olimpiya Oyunlarında iki nəfərlə təmsil olunacaq.
Azərbaycanın daha bir idmançısı bu hüquqa yiyələnib.
Bu, Azərbaycan Atıcılıq Federasiyasının baş katibi də olan Emin Cəfərovdur. O, stenad atıcılığında Azərbaycanı təmsil edəcək. E.Cəfərovun saytımıza açıqlamasına görə, ona Beynəlxalq Atıcılıq İdmanı Federasiyası "vayld-kard” verib və bu səbəbdən də ilk dəfə Olimpiadada iştirak hüququna yiyələnib.
Qeyd edək ki, güllə atıcılığında Azərbaycanı Olimpiya mükafatçısı İradə Aşumovanın oğlu Ruslan Lunyov təmsil edəcək.
7NEWS.Az







