Rusiyanın Yekaterinburq şəhərində 28 yaşlı azərbaycanlı futbolçu Emil Hüseynovun qətli ilə bağlı məhkəmə başlayıb.
7news.Az lent.az-a istinadən bildirir ki, Emil Hüseynovun qətlində milliyətcə erməni olan Tiqran Çiçakyan təqsirli bilinir.
İlk iclas günü məhkəmə zalına Çiçakyanın 30-dək qohumu gəlib. Məhkəmədə hay-küy salan erməniləri nəzarətçilər zaldan çıxarıblar. Onlar işə ədalətli baxılmasını tələb ediblər.
Qətl isə keçən il aprelin 18-də Yekaterinburqun "Ximmaş" mikrorayonundakı "U Saşi" kafesində baş verib. Çiçakyan və daha 4 erməni kafeyə gələrək Emil Hüseynova yaxınlaşıblar. Ondan azərbaycanlı futbolçu Hüseynov olduğunu öyrənən kimi döyməyə başlayıblar. Çiçakyan isə cibində gizlətdiyi bıçaqla Hüseynovu ürəyindən vurub.
Hadisə yerinə gələn polislər erməniləri saxlasalar da, sonradan onlardan 4-ü azadlığa buraxılıb. Bütün günahları Çiçakyan öz üzərinə götürüb.
7news.Az








