Kanadanın paytaxtı Ottavada 7-ci Beynəlxalq "One Young World” sammiti keçirilib.
Kanada parlamentində keçirilən sammitdə gender bərabərliyi, terrorla mübarizədə çıxış yollarının axtarışı, dünyada təhsilin inkişafı, ətraf mühitin qorunması və s. kimi qlobal mövzulara toxunulub.
Bu il sammitdə Azərbaycanı təmsil edən və ilk olaraq iştirak təqaüdünə layiq görülən deleqat HUMAN Fondunun (HUMAN Foundation ) təsisçisi olan gənc lider Fəridə Əsgərzadə olub.
O qeyd edib ki, bu cür qlobal sammitdə iştirak etmək Azərbaycan gənclərinin inkişafını nümayiş etdirmək üçün böyük imkandır: "Ümid edirəm ki, orada görkəmli və təcrübəli insanlarla yaratdığım tanışlıqlar və aldığım təcrübə HUMAN Fondunun gələcək fəaliyyətində nəinki ölkədaxili, həmçinin beynəlxalq səviyyədə böyük rol oynayacaq. Biz dünyanı yalnız birlikdə dəyişə bilərik”.
Qeyd edək ki, "One Young World” təşkilatı 2009-cu ildə David Jones və Keyt Robertson tərəfindən yaradılıb. Öncəki illərdə sammit London(2010), Sürix (2011), Vaşinqton (2012), Yoxansburq (2013), Dublin (2014), və Bangkok (2015) kimi şəhərlərdə keçirilib.
7News.az


















