Yeni il axşamı İstanbulun Taksim meydanında təcavüz anları kameralara yansıyıb.
Azərbaycanlı bir turist ukraynalı başqa bir turistə təcavüz edib. Polis azərbaycanlını nəzarət altına alıb.
Belə ki, bayram axşamı ukraynalı qadın İstiqlal prospektində yeriyən zaman təqib edilməyə başlanılıb. Daha sonra çoxlu sayda kişi ətrafına doluşaraq onunla tək-tək şəkil çəkdirməyə başlayıblar. Çirkin mənzərəyə isə Türkiyə polisləri müdaxilə edib.
Yenidən yoluna davam edən qadını bu dəfə azərbaycanlı turist narahat etməyə başlayıb. Bunu görən polislər azərbaycanlı turisti saxlayaraq nəzarət altına alıb./a24.az
7news.az








