RU
Azərbaycanlı gənclər Türkiyəyə belə dəstək oldular
12:31
2317

Azərbaycanlı gənclər Türkiyəyə belə dəstək oldular

Türkiyənin Moskvadakı səfirliyi qarşısında İstanbulda baş verən terror qurbanlarının xatirəsi anılıb.

Azərbaycan-Slavyan Gəncləri Assosiyasiyasinin Rusiya nümayəndəliyinin  təşkilatçılığı ilə Azərbaycan,Türk diaspor və Rusiya ictimaiyyət nümayəndələrinin iştirakı ilə İstanbulun Atatürk hava limanında baş vermiş terror aktında dünyasını dəyişən insanları yad etmək məqsədilə Türkiyənin Rusiyadakı səfirliyinin qarşısına toplaşıblar. Səfirliyin önünə gül dəstələri qoyub, dünyasın  dəyişənlərin ruhuna dualar oxuyub,  terror qurbanlarının xatirəsini yad ediblər. İştirakçılar birlik nümayiş etdirərək terror aktını qətiyyətlə pisləyib, cinayətkarların ən sərt qanunlarla cəzalandırılmasını tələb ediblər. Çıxış edənlər  Azərbaycanın və Rusiyanında Türkiyə kimi terrordan əziyyət çəkən bir ölkə olduğunu, terror dəhşətinin nə dini nə də milləti olmadığını vurğulayıb, bu çətin və ağrılı gündə bütün Azərbaycan və Rus gəncliyinin Türkiyənin yanında olduğunu bildiriblər.

7News.Az

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ