Azərbaycanlı hakim-inspektor Asim Xudiyev Avropa Liqasının oyununa təyinat alıb.
7News.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, A.Xudiyev Avstriyanın paytaxtı Vyanada "Austriya" və İtaliya "Roma"sı arasında keçiriləcək oyunun hakim-inspektoru olacaq.
Qeyd edək ki, E qrupunun qarşılaşması noyabrın 3-də keçiriləcək.
7News.Az








