Rusiyanın İjevsk şəhərində yaşayan azərbaycanlı həkim, onkoloq-cərrah Arif Nuri koronavirusa yoluxub.
"Report”un məlumatına görə, o bildirib ki, artıq yeddinci gündür ikitərəfli COVID-19 pnevmoniyası (Ağciyərlərin ümumi zədələnməsi 45%, ikitərəfli plevrit, hidroperikard) ilə İjevsk şəhərində xüsusiləşdirilmiş COVİD mərkəzində müalicə alır:
"Müalicə müasir protokollara əsasən aparılır”.
Qeyd edək ki, ixtisasca onkoloq-cərrah olan Arif Nuri Biləsuvar rayonunda anadan olub, Azərbaycan Tibb Universitetini bitirib. O, Rusiyada ixtisası üzrə çalışır.