PrimeTime.Az xəbər verir ki, 6-8 may tarixlərində Rumıniya paytaxtı Buxarestdə Kikboksinqin WKI versiyası üzrə növbəti Avropa çempionatı keçirilib.
Yarışlarda 18 ölkədən 460 idmançı gücünü sınayıb. Azərbaycan turnirdə 8 idmançı ilə təmsil olunub. 60 kq çəki dərəcəsində mübarizə aparan "Ağ canavar" ləqəbli Eduard Məmmədov 7-ci dəfə Avropa çempionu adını qazanıb. Daha bir həmyerlimiz Sərhəd qoşunlarının kapitanı Fuad Zeynalov (91 kq) isə turnirin gümüş mükafatçısı olub.










