Türkiyəli məşhur müğənni Ebru Gündeşin həmkarı Yaşar İpeklə eşq yaşadığı iddia edilir.
İpeyin Ebru Gündəşin paylaşımlarını bəyənməsi və onlara rəy yazması bu iddiaları daha da gücləndirib.
Şou-biznes gündəmini silkələyən bu xəbərlə bağlı Y. İpək açıqlama verib.
"Bu barədə söhbət belə ola bilməz. Ebru Gündəşi həyatım boyu 3-4 dəfə görmüşəm, o da səhnədə olanda... Çox sevdiyim və hörmət etdiyim bir sənətçidir”, - deyə müğənni bildirib.
Qeyd edək ki, E.Gündeş azəbaycanlı iş adamı Rza Zərrabla ötən ilin ortalarında xəyanət üzündən boşanıb. R.Zərrabın adı Hadisə ilə də hallanıb.









