RU
Azərbaycanlı iş adamından
17:54
912

Azərbaycanlı iş adamından "Fənərbaxça"ya dəstək

Türkiyə "Fənərbaxça" klubu bu mövsüm komandaya yeni gəlmiş baş məşqki Viktor Pereyra ilə yollarını ayırmağa çalışır.

7News.Az-ın klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, yeni posta gətiriləcək baş məşqçiliyə ən böyük namizəd, İngiltərənin "Çelsi" klubunu çalışdıran Joze Maurinyodur.

Klub prezidenti Aziz Yıldırım bu məsələnin həlli üçün azərbaycanlı iş adamından kömək istəyib. "Çelsi" klubunun prezidenti Roman Abromoviçlə əlaqə yaradan iş adamı, maraqlı cavabla qarşılaşıb: "Maurinyonun gedib getməyəcəyi hələ ki, dəqiq bilinmir".

Bu barədə məlumatı Aziz Yıldırımla bölüşən azərbaycanlı iş adamı nəticənin nə olacağını bilmədiyini bildirib.

Qeyd edək ki, "Fənərbaxça" uğursuz oyunlara görə baş məşqçi Viktor Pereyra ilə yolları ayıracaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ