RU
Azərbaycanlı İŞİD-çinin təqibi... – Ərdoğan HƏDƏFDƏ İDİ
13:27
402

Azərbaycanlı İŞİD-çinin təqibi... – Ərdoğan HƏDƏFDƏ İDİ

Dünən təşkil edilən əməliyyatla öldürülən 2 İŞİD terrorçusu Ədalət və İnkişaf Partiyasının (AKP) qurultayına hücum etməyi planlaşdırırdılar.
Bu haqda Ankara valisi Ercan Topaca bildirib.
"İstanbulda tutulan Azərbaycan mənşəli Əbu Hüseyn Cəlilovun təqibi ilə bu 2 terrorçuya çatmaq mümkün olub", - o deyib.
Qeyd edək ki, dünən səhər saatlarında Türkiyə polisi Ankarada Etimesgut qəsəbəsinin Yapracık məhəlləsində əməliyyat keçirib. Əməliyyat zamanı bir evdə terror aktı törətməyə hazırlaşan iki nəfərdən təslim olmaları tələb edilib. Polisə tabe olmayan bu şəxslər məhv edilib.
Xatırladaq ki, dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qurucusu olduğu AKP-nin növbədənkənar qurultayında partiyanın sədri seçilib./publika
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ