RU
Azərbaycanlı miqrantlara görə Bakıya gələn təyyarə gecikdi
13:28
1309

Azərbaycanlı miqrantlara görə Bakıya gələn təyyarə gecikdi

Rusiya ərazisində qalma şərtlərini pozan azərbaycanlı miqrantların federasiyadan çıxarılması proseduru Sankt-Peterburqun “Pulkovo” hava limanından uçmalı olan reysdə ləngiməyə səbəb olub.

Bu barədə sərnişinlər məlumat verib.

Onların sözlərinə görə, “J2 020” saylı reys ilə saat 23.55-də Bakıya uçmalı olan AZAL-a məxsus təyyarə bir saat gecikmə ilə yola düşüb. Miqrantları Cəzaların İcrası Federal Xidmətinin əməkdaşlar müşayiət ediblər.

“Miqrantların mindirilməsi bir saat çəkib. Digər sərnişinlər təyyarədə gözləyiblər”, – deyə oxucu bildirib.

“Pulkovo” aeroportunun online-tablosuna görə “A-319” təyyarəsi gecə saat 00.47-də havaya qalxıb./report

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ