Model İlqar Əliyev ailə qurmağa hazırlaşır.
Ötən həftə modelin nişan mərasimi olub. O, bu haqda sosial şəbəkədə yazıb.
Nişan fotosunu paylaşan İ.Əliyev “Axır ki, illərdir gözlədiyim gün gəlib çatdı. Dostlar, mənim nişanımdır. Subaylar üçün olsun” sözlərini yazıb.
Qeyd edək ki, İ.Əliyev “Best model of Azerbaijan 2004”ün qalibi olub.
7news.az









