Moskvada "Infiniti QX56” markalı avtomobillə havaya atəş açan Azərbaycan vətəndaşı saxlanılıb.
Ötən gün polisə naməlum şəxslərin paytaxtın Basman rayonu, Bauman küçəsində havaya atəş açması barədə məlumat daxil olub.
Hadisə yerinə gələn Rusiya DİN əməkdaşları içərisində iki nəfərin olduğu "Infiniti QX56” markalı avtomobil aşkarlayıb.
Polisin araşdırmasına əsasən atəşi Azərbaycan vətəndaşı açıb. Onun yanında Petropavlovsk- Kamçatka sakini də olub.
Hələlik faktla bağlı cinayət işi açılmayıb. Polis hadisənin baş vermə səbəbini dəqiqləşdirir.
7News.az








