Rusiyada tanınan məşhur azərbaycanlı müğənni Elbrus Canmirzəyevin prodüseri Kamran Əmirov dünyasını dəyişib.
Müğənni və onun prodüseri Kamran Əmirov Krasnodarsk vilayətində qəzaya düşüb.
Hüquq-mühafizə orqanların məlumatına görə, qəza zamanı “Lexus”, BMW və yük avtomobili toqquşub.
Şahidlərin sözlərinə görə, Canmirzəyev "Lexus”u saatda 200 km-dən yüksək sürətlə idarə edərək yük maşınını sürüşkən yolda ötmək istəyib.
Hadisə şahidləri LifeNews-a bildiriblər ki, qəza nəticəsində “Lexus" yararsız hala düşüb. Müğənninin qanında spirt olub-olmadığını müəyyən etmək üçün nümunə götürülüb. Həkimlər ilkin yoxlamadan sonra ifaçının sərxoş olmadığını müəyyən ediblər.
İfaçının özü yüngül zədə və qapalı kəllə-beyin travması alıb. O, ambulator müalicə üçün evə buraxılıb.
Elbrus Canmirzəyev 1991-ci ildə Azərbaycanın Qax rayonunda anadan olub. Onun "Brodyaqa" mahnısının klipinə "YouTube"da 9 milyondan çox baxış sayı olub.
Azərbaycanlı müğənni "Çarodeyka", "Dışi", "Vesenniy Sneqopad" mahnıları ilə məşhurlaşıb./ans
7news.az








