RU
Azərbaycanlı müğənninin qızı doğum günündə ağır qəzaya düşdü - FOTO/VİDEO
15:40
368

Azərbaycanlı müğənninin qızı doğum günündə ağır qəzaya düşdü - FOTO/VİDEO

"Şeron” qrupunun keçmiş solisti, tanınmış müğənnni İntizar Məmmədzadənin qızı qəzaya düşüb.

7News.Az xəbər verir ki, bu barədə o, "Vesti.az”a açıqlamasında bildirib. Sənətçi hadisənin Moskvada ticarət mərkəzlərinin birində qeydə alındığını deyib.

9 yaşlı Əsməray doğum günündə kartinq sürərkən divara çırpılıb. Nəticədə azyaşlının iki böyrəyi, bir dalağı və mədəaltı vəzi zədələnib.

Məmmədzadə qızının 4 gün reanimasiyada qaldığını, hazırda da Moskva klinikalarının birində müalicə aldığını söyləyib.

O, sözügedən mərkəzin təhlükəsizlik qaydalarına əməl etməyərək qızına kəmər taxılmadığını bildirib. İntizar yaxın günlərdə prokurorluğa şikayət ünvanlayacaq.
Azərbaycanlı müğənninin qızı doğum günündə ağır qəzaya düşdü - FOTO/VİDEO


 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ