Oktyabrın 16-da Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə İran İslam Respublikasına səfər edəcək.
7news.Az AzərTac-a istinadən xəbər verir ki, səfər çərçivəsində R.Quluzadə İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi ilə görüşəcək. Görüşdə qarşılıqlı əlaqələrin inkişafı və əməkdaşlığın perspektivləri nəzərdən keçiriləcək.
Həmçinin R.Quluzadə İranın "Pərdis” yeni texnologiyalar parkını da ziyarət edəcək, burada istehsal olunan məhsullar və nanotexnologiyalarla tanış olacaq.
7news.Az








