Rusiyada azərbaycanlı qadın onu döyən polisi məhkəməyə verib.
7news.az ans press-ə istinadən xəbər verir ki, Sankt-Peterburqda yaşayan İradə Rəcəbəliyeva onu söyərək döyən Roman Talpeyeva qarşı iddia irəli sürüb.
Onun sözlərinə görə, heç kimin onun belə təhqir etməyə ixtiyarı yoxdur:
"Mən, hətta, cinayətkar olsaydım belə, bu cür hərəkətlərlə rastlaşmamalı idim. Bunun üçün məhkəmə var", - deyə azərbaycanlı qadın söyləyib.
Ailənin vəkili Sergey Yeqorov deyir ki, nədənsə, Rusiya tərəfi bu barədə heç nə demir:
"Nə vaxt , müstəntiqə zəng edirəm, görüş təyin edirəm, o, gah xəstələnir, gah da, vaxtı olmur görüşməyə", - deyə vəkil əlavə edib.
Hal-hazırda polisin belə qanunsuz şəkildə İradəni döyməsi məsəlisi ilə bağlı iş gedir, fakt araşdırılır.
7news.az








