RU
Azərbaycanlı paralimpiyaçının ekstremal tullanışı
11:37
351

Azərbaycanlı paralimpiyaçının ekstremal tullanışı

İdmançı qorxulu olduğunu etiraf etdi.

Soçidə Skyparkda oktyabrın 14-də Azərbaycan Paralimpiya Komitəsi 20 illiyini qeyd edib.

Skypark-ın mətbuat xidmətindən bildirilənə görə, bayram tədbirində Komitənin birinci vitse-prezidenti Natiq Qasımov, paralimpiya idmançısı Kamal Məmmədov və Rusiyanın azərbaycanlı gənclər təşkilatının nümayəndəsi Danya Dadaşova iştirak edib.

Tədbir Kamal Məmmədovun 69 m. hündürlükdən əlil arabasında bungee jumping tullanması ilə açılıb. Paralimpiyaçı qeyd edib ki, belə tullanmalar stress, depressiya və qorxudan müalicə üsuludur.

Qasımov və Dadaşova da bungee jumping tullanmasını həyata keçiriblər.

Bundan sonra komitə nümayəndələri parkın rekordunu vurublar. “Meqatrol” attraksionunda ilk dəfə biri əlil arabasında olan üç nəfərin buraxılması həyata keçirilib.

“Kuban 24” internet portalının yazdığına görə, avqust ayında üzgüçülük üzrə paralimpiya çempionu Dmitri Kokarev Soçidə 207 m. hündürlükdən tullanmışdı. Sentyabrda Soçidə sonsuzluğa tullanışını əlil arabasında olan Aleksey Mayuk həyata keçirib./oxu

7news.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ