RU
Azərbaycanlı qadın ABŞ-da yüksək vəzifəyə təyin olundu
10:32
180

Azərbaycanlı qadın ABŞ-da yüksək vəzifəyə təyin olundu

ABŞ-da yaşayan həmyerlimiz Rəna Abbasova Nyu-York şəhər meriyasının Beynəlxalq Əlaqələr İdarəsinin rəhbəri vəzifəsinə təyin olunub.

7NEWS.Az "Report”un yerli bürosuna istinadən xəbər verir ki, R.Abbasovanı bu vəzifəyə Nyu-Yorkun yeni meri seçilən Erik Adams təyin edib.

Yanvarın 1-də vəzifəsinin icrasına başlayan E.Adamsın komandasında üç türk yer alıb. Onlardan biri də R.Abbasovadır.

Qeyd edək ki, həmyerlimiz E.Adamsla 2016-cı ildən bu günə kimi - o Nyu-Yorkun Bruklin inzibati rayonunun rəhbəri olduğu vaxtdan birlikdə işləyir.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ