RU
Azərbaycanlı qadın biznes mərkəzində intihar etdi - Cibindən məktub tapıldı
15:48
877

Azərbaycanlı qadın biznes mərkəzində intihar etdi - Cibindən məktub tapıldı

Türkiyənin Bursa şəhərində 54 yaşlı Azərbaycanlı qadın hündürmərtəbəli biznes binasının 13-cü mərtəbəsindən özünü yerə ataraq intihar edib.

7News.Az unikal.org-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Osmangazi mahalının Doğanbey Məhəlləsində yerləşən hündürmərtəbəli biznes binasında baş verib.

Elmira M. iş mərkəzinin lifti ilə binanın 13-cü mərtəbəsinə qalxıb. O, otağın pəncərəsindən özünü yerə atıb. Azərbaycanlı qadının yerə düşdüyünü görənlər, hadisə yerinə təcili yarım briqadasını və polis çağırıblar.

Polislər Elmira M.-nin cibində, Azərbaycan dilində yazılmış intihar məktubu tapıblar. Elmira M.-nin intiharıyla əlaqədar istintaq başladılıb.
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ