RU
Azərbaycanlı qadın müğənni prodüseri həbs etdirdi
16:02
939

Azərbaycanlı qadın müğənni prodüseri həbs etdirdi

Azərbaycanın tanınmış təşkilatçı-prodüseri Samir Xəttab həbs edildi.

7News.az bildirir ki, onun həbs qərarı Nizami Rayon Məhkəməsində verilib.

Hakim Rauf Əhmədovun sədrlik etdiyi məhkəmə S.Xəttabın barəsində 10 sutkalıq həbs qərarı çıxarıb. Təşkilatçı dələduzluqda ittiham olunur. 
 
Onun müəğənni Arzu Seyidzadə ilə pul problemi olub. Məlumata görə, A.Seyidzadə prodüserə bir neçə il əvvəl məşhur türk müğənni Davud Güloğlu ilə birlikdə konsertinin təşkili üçün 20 000 manat ödəyib, lakin qarşı tərəf buna əməl etməyib. Sözügedən konsertin təşkili üçün A.Seyidzadənin rəhbəri olduğu "HAS Production" şirkəti ilə təşkilatçı Samir Xəttab arasında müqavilə bağlanıb.

 

Müqavilənin şərtlərinə əsasən, sifarişçi olaraq ona 17 5000 manat ödəməli, əgər icracı, yəni Samir Xəttab sifarişi yerinə yetirməsə, ödənilmiş puldan əlavə olaraq 20 000 manat təzminat ödəməlidir. Beləliklə Samirə 20 000 manat pul verilib.

Müqavilənin şərtlərinə əməl etmədiyi üçün 20 000 manat da əlavə ödəməlidir. Lakin S.Xəttab verdiyi vədə əməl etməyib./milli.az

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ