Türkan Vəlizadənin doğum gününü qeyd etdiyi məkanda gənc qadın həmkarı Səbinə Selcan ağır xəsarət alıb.
7News.Az xəbər verir ki, Türkan "Hər şey daxil"də həmkarının məkandakı pilləkəndən başı aşağı yıxıldığını bildirib.

Müğənniyə ilkin tibbi yardımı məclisdəki həkimlər ediblər:
"Qız pilləkənlərdən başı üstə aşağı yıxıldı. İndi şükür, yaxşıdır. Yaxşı ki, o an mənim travmotoloq həkimlərim orada idilər. Baxdılar, ayaqlarında əzik var idi. O da düzəldi. Amma təzədən məclisə qayıda bilmədi".

7News.Az








