Rusiyanın İvanova şəhərində 2 yaşlı qızı oğurlayaraq öldürməkdə təqsirli bilinən azərbaycan əsilli qadın tutulub.
Bu barədə 7News.Az REN TV-yə istinadən xəbər verir.
Məlumata əsasən polis tərəfindən saxlanılan şəxs 24 yaşlı Gülnar Şirəliyevadır. O, heç bir cinayətdə iştirak etmədiyini deyib.
Şirəliyevanın sözlərinə görə, o evdən çıxıb mağazaya gedərkən saxlanılıb.
İstintaqın versiyasına görə, Günlar Şirəliyeva həyat yoldaşının nikahdankənar övladı olan 2 yaşlı Yananı oğurlayıb və qəddarcasına öldürüb.








