RU
Azərbaycanlı qadınları fahişəliyə məcbur edən
16:23
1416

Azərbaycanlı qadınları fahişəliyə məcbur edən

Azərbaycandan qadınları aldadaraq Türkiyəyə aparıb orada fahişəliyə məcbur edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şirvan şəhər sakini Şəhla Orucovanın digər şəxslərlə birgə gəlir əldə etmək məqsədi ilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması faktı müəyyən edilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Orucova saxlanılıb.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ