RU
Azərbaycanlı qadınları İstanbulda satan şəxs həbs edildi
12:53
301

Azərbaycanlı qadınları İstanbulda satan şəxs həbs edildi

Azərbaycandan qadınları Türkiyəyə apararaq, insan alverinə məruz qoyan şəxs saxlanılıb.

7News.Az xəbər verir ki, sözügedən şəxs Bakı şəhər sakini 1973-cü il təvəllüdlü Məmmədzadə Yaqut Güloğlan qızıdır. 

DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə onun başqa şəxslərlə cinayət əlaqəsinə girərək Azərbaycan vətəndaşları olan qadınları Türkiyənin İstanbul şəhərinə aparıb insan alverinə məruz qoyması faktı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ