RU
Azərbaycanlı qadınları Türkiyədə satan tutuldu – Əməliyyat
16:44
2181

Azərbaycanlı qadınları Türkiyədə satan tutuldu – Əməliyyat

Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoyan şəxs barəsində cinayət işi başlanıb.

7news.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Könül İsgəndərova həbs edilib.

Könül İsgəndərova qadınları Türkiyəyə gəlir əldə etmək məqsədi ilə aparıb, onları cinsi istismara məruz qoyub.

Məlum olub ki, o, bir neçə qadını Türkiyədə müxtəlif otellərdə kişi müştərilərlə görüşdürüb, bunun müqabilində pul qazanıb. Zərərçəkmiş qadınlar Azərbaycana qayıtdıqdan sonra İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinə müraciət ediblər.

Faktla bağlı cinayət işi başlanıb.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ