Türkiyədə azərbaycanlı xanım türk bəyin toyun hər iki ölkədə böyük diqqətə səbəb olub.
7news.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Kamal Çelikkaya Nazilə Məhsimovanı üztəkərli motosikllə nikaha aparıb. Motosikllə Türkiyə və Azərbaycan bayraqları da asılıb.
Bəy Azərbaycana gələrək gəlinin ailəsi ilə tanış olub, toy üçün icazə alıb. Nikahda gəlinə sürpriz edən Kamal uşaqlıqdan sevərək sürdüyü "muravey"i nikah üçün istifadə edib. Küçədə cütlüyü görənlər təəccüblənərək onların video və fotolarını çəkiblər. Bəy və gəlin də onlara əl edərək təşəkkürlərini bildiriblər.
Kamal Nazilə ilə yaxınları sayəsində tanış olduğunu bildirib. Onun sözlərinə görə Azərbaycana girişinə qadağa qoyulub:
"Nazilənin yaxınları Sinopda yaşayır. Mənim qızım onlarla 17 ildir dost imiş. Həyat yoldaşım da Azərbaycandan yeni gəlib. 6 ay sonra bizi tanış elədilər. Azərbaycanda 15 gündən çox qalıb müvafiq qurumlara bildirmədiyim üçün 1 il ölkəyə girişimə qadağa qoyulub. Dedilər, 2018-ci il iyulun 23-ə qədər Azərbaycana gələ bilməzsən. Mən də onlara inad iyulun 24-də Azərbaycana gələcəyimi dedim".
O, yanvarda oğlunu evləndirdiyini, bu motosikli soyuqlara görə oğlunun toyunda sürə bilmədiyini deyib:
"Bu yaxınlarda oğlan nəvəm dünyaya gələcək. Ömrüm çatsa, nəvəmi sünnət toyuna da bununla aparacağam".
N.Məhsimova da xoşbəxt olduğunu və qeyri-adi gəlin maşınını sevdiyini deyib.


7news.Az








