RU
Azərbaycanlı qızıl qaçaqmalçısı
22:01
368

Azərbaycanlı qızıl qaçaqmalçısı

Azərbaycan vətəndaşı olan qızıl qaçaqmalçısı Gürcüstanda saxlanılıb. 

7news.az-ın ans press-ə istinadən məlumatına görə, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin gəlirlər Xidməti xəbər yayıb. 

Qızıl qaçaqmalçısı Gürcüstan-Azərbaycan sərhədində "Qırmızı Körpü" sərhəd keçid məntəqəsində saxlanılıb. Onun əl çantasından 73,99 qr qızıl aşkar etdilib. 

Aşkar edilən qızılın ümumi dəyəri təxminən 4,3 min dollar təşkil edir. Məlumata görə, saxlanılan şəxs qızılı sərhəd keçid məntəqəsindən gizli formada keçirmək istəyib. 
Gürcüstanın Vergi Məcələsinə əsasən, Azərbaycan vətəndaşı qızıl məmulatlarının ümumi qiymətinə uyğun olaraq nəzərdə tutulan cəriməni ödəməlidir.

Bir müddət əvvəl Abbasov soyadlı Azərbaycan vətəndaşı Rusiyanın Buryatiya Respublikası ərazisində saxlanılıb. Azərbaycan vətəndaşı böyük ölçüdə qiymətli metalın qanunsuz dövriyyəsinə görə tutulub.

O, üç kiloqramlıq qızıl və gümüş külçələri Amur vilayətinin Muysk rayonun Tında şəhərinə aparmağa çalışarkən saxlanılıb. Azərbaycanlı Rusiya məhkəməsi tərəfindən iki il şərti cəza və 100 min rubl (təxminən 1600 manat) məbləğində cərimə olunub. 

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ