Londonda keçirilən “Sotheby's” auksionunda Rusiyadan 3 sənət əsəri nümayiş olunacaq.
Bu haqda hərrac evindən məlumat verilib. Sözügedən tender dekabrın 1-də baş tutacaq. Əsas əsərlər arasında Azərbaycanın görkəmli rəssamı, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, SSRİ xalq rəssamı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının üzvü Tahir Salahovun “Aydan” rəsmi də var. Şəkilin qiyməti 250-350 min dəyərində qiymətləndirilib.
Portretin bir versiyası “Tretyakov” qalereyasında saxlanılır. Bu əsər Sovet dövrünün uşaqlıq illərini xatırlatdığı üçün xüsusi əhəmiyyət kəsb edir.
Tenderin digər 3 əsərindən biri Boris Qriqoryevin “Ramayana” portretidir. Dəyəri 600-800 mindir. Mahatma Qandiyə həsr olunmuş rəsm 1930-cu ildə satılıb və o vaxtdan bəri heç vaxt nümayiş olunmayıb. Üçüncü və sonuncu əsər isə Dmitri Levitskinin “Şahzadə Galitzine” portretidir. Bu əsərin də dəyəri də 250-350 min arasında qiymətləndirilir.
Düşüncənin sözsüz ifadəsini qürurla yarada bilən Salahovu müasir Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi adlandırmaq daha düzgün olardı. Sevənləri, hər kəs onu realist rəssam kimi tanıyır. O elə bir sənətkardır ki, həyatın sərt və məsuliyyətli məqamlarını kətan üzərində böyük ustalıqla canlandıra bilir. Rəssam yaratdığı əsərlərdə mədəniyyətimizin təbliğinə də hər zaman geniş yer ayırıb./atv
7news.az










