RU
Azərbaycanlı Rusiyada itkin düşüb
20:30
541

Azərbaycanlı Rusiyada itkin düşüb

Rusiyanın Orenburq şəhərində yaşayan azərbaycanlı itkin düşüb.

"Azərbaycan-Slavyan” Gənclər Assosasiyasının rəhbəri Toğrul Allahverdili bildirib ki, əslən Azərbaycanın Ağcəbədi rayonunun Sarıcalı kəndindən olan Əhmədov Ziyad Saday oğlu ötən əsrin 90-cı illərinin əvvəlindən Orenburqda yaşayıb. Oğlu da, anası da Rusiya vətəndaşıdır. Hər ikisi hazırda Orenburqda yaşayır.

Z. Əhmədov 3 il əvvəl Moskvaya gedəcəyini bildirərək evdən çıxıb, bir daha geri dönməyib, o vaxtdan ondan heç bir xəbər yoxdur.

Bu müddət ərzində məhdud çərçivədə axtarılsa da, artıq onunla bağlı bu yaxınlarda bütün Rusiya üzrə axtarış verilib./apa
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ