RU
Azərbaycanlı şirkət direktorunu bir yumruq zərbəsinə öldürdü
15:28
1046

Azərbaycanlı şirkət direktorunu bir yumruq zərbəsinə öldürdü

Cinayət işi açılıb.

Fevralın 6-na keçən gecə Tulanın “Proletar” dairəsində “Balqa” MMC-nin direktoru Oleq Buyanov “Aida” kafesi yaxınlığında öldürülüb. 

7News.Az bu barədə “Tulskie novosti”yə istinadən xəbər verir.

Şahidlərin sözlərinə görə, Oleq Buyanov və daha öncə tanış olduğu azərbaycanlı arasında kiçik məbləğdən ibarət köhnə borc üstündə mübahisə yaranıb.

Dava zamanı idmanla məşğul olan azərbaycanlı Oleq Buyanova iki zərbə vurub, zərbələrdən biri ölümcül olub.

Zərərçəkən kafedən getmək istədiyi taksinin yanında keçinib.

RF CM 114-cü maddəsinin 4 bəndi üzrə cinayət işi başlanılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ