Türkiyənin Edirne şəhərində 3 kişi və bir qadından ibarət olan 4 nəfərlik bir qrup 10 yaşlı uşağa zəng edərək atasının cinayət işlətdiyini və buna görə bölmədə saxlanıldığını deyib. Uşağa atasının sərbəst buraxılması üçün evdəki qızılları qapıya gələcək polislərə təslim etməsini söyləyiblər.
Artıq Türkiyədə həmin cinayətkar dəstənin məhkəmə prosesi başladılıb.
İddialara görə, may ayında baş verən hadisə zamanı 10 yaşında olan S.E.F. adlı uşaqla telefon əlaqəsi quran fırıldaqçılardan biri evə girərək hər tərəfi axtarıb və 15 min TL dəyərində olan qızılları alaraq gedib. Evə gələn ata isə uşaqdan nə baş verdiyini soruşub. Uşağın danışdıqlarından sonra S.E.F.-in atası polisə müraciət edib. Belə ki, edilən müraciətdən sonra özlərini polis kimi qələmə verən Xəlil A., Osman A., Rəşid A. və Aysel H. adlı biri qadın olmaqla 4 şübhəli polislər tərəfindən keçirilən əməliyyat zamanı ələ keçirilib. Yaxalanan şübhəlilərin üzərində axtarış aparılarkən qızıllar Aysel H. adlı qadının büzqalterindən çıxıb. Qızılların digər hissəsi avtomobilin içərisində aşkar edilib.
Məhkəmə qarşısına çıxarılan şübhəlilərdən biri Aysel H. Azərbaycan əsillidir. Özlərini polis işçisi kimi təqdim edərək fırıldaqçılıq etdikləri üçün şübhəlilər barəsində cinayət işi açılıb.
Azərbaycan əsilli olan və Bodrumda tərcüməçilik edən Aysel oğurlanan qızılları büzqalterində saxladığını təsdiq edib. Birlikdə dolandırıcılıq etdikləri digər şəxs Osman isə uşaqdan aldığı saatları Xəlilə verdiyini, Xəlilin də sevgilisinə və digər azərbaycanlı dostuna hədiyyə etdiyini bildirib.
İfadəsi zamanı azərbaycanlı qadın Aysel "mənə verilən qızılları büzqalterimdə saxladım. Onları mənə Osman əmanət olaraq verdi. Mən Azərbaycan vətəndaşıyam, lakin Türkiyədə yaşayıram. Çox gözəl işim var. Özümü belə bir iş üçün riskə atmaram. Mənim ailəm Azərbaycanda tanınmış insanlardır. Maddi vəziyyətimiz də çox yaxşıdır” deyə bildirib.
Məhkəmə saxlanılan şühbəlilər haqqında qərar verməyərək prosesi təxirə salıb./a24.az
7news.Az









