RU
Azərbaycanlı tanınmış aktyor
17:24
24638

Azərbaycanlı tanınmış aktyor "acından ölür"

Azərbaycanlı tanınmış aktyor Allahverdi yolçuyev yaşam tərzindən gileylənib.

Bu barədə sosial şəbəkədə yazan aktyor, yaşamağının olduqca çətin olduğunu, imkansızlıqdan getdikcə daha da vəziyyətin pisləşdiyini bildirib: "Biz atyorlar bu günə hələ düşməmişik,amma düşə bilərik millət vəkillərimizdən,aidiyyatlı qurumlardan xahiş edirəm mədəniyyət işçilərinin maaşını artırın,sənətkar xalqın simasıdır,o yaxşı yaşamalıdır ki,yaxşı da yaratsın ,gözünüz önündə kino,teatr,musiqi tənəzzülə ugrayır,imkan verməyin .Mənim 58 yaşım var onlarla tamaşalarda oynamışam,minlərlə film səsləndirmişəm,neçə neçə filmə çəkilmişəm amma indi heç kimə lazım deyiləm.Niyə?radio,televiziyada nə qədər fondda obrazlarım var
,iyirmi ilə yaxın Ovçu Pirim obrazı ilə uşagları sevindirmişəm,eləcə də aktyor həmkarlarım,sənət üçün canlarını verirlər.38 ildir sənətdəyəm nə fəxri adım var,nə işim nə də maşşım ,indi heç olmasa dublyaja gedib bir təhər dolanırıq bəs lap yaşa dolanda neynəyəcəyik?icazə verin axırıncı suala özüm cavab verim ,cavab lazım deyil,şəklə baxsaz biləcəksiniz.hörmətli,səs verib seçdiyimiz millət vəkilləri sizdən kömək gözləyirik".

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ