Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.
FHN Mətbuat xidmətindən 7News.Az-a bildirilib ki, növbəti xilasetmə əməliyyatı nəticəsində Kahramanmaraşda 105 saat dağıntılar altında qalmış 15 yaşlı Ayşə adlı yeniyetmə sağ xilas olunub.
Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.








