Həmyerlimiz ABŞ Dəniz Qüvvələrinin Zabiti John Naimi Amiral (Əmiralıyev Nəimi) ABŞ Dəniz Qüvvələrinin Avropa Komandanlığında və NATO yanında ABŞ Dəniz Qüvvələrinin Xarici Əlaqələr zabiti təyin edilib.
7news.Az Bizimyol.info-ya istinadən xəbər verir ki, son iki aydır Fransanın Qırıcı Daşıyan - Charles De Gaulle gəmisində ABŞ Dəniz Qüvvələrinin Avropa Komandanlığı ilə Fransa və digər NATO Dəniz Qüvvələri arasında əlaqələndirici kimi fəaliyyət xidmət göstərən həmyerlimiz bundan əvvəl NATO-nun Rumıniyadakı Ballistik Raketlərə Qarşı Müdafiə Bazasında Xarici Əlaqələr zabiti kimi xidmət göstərirdi.
Nəimi Əmiralıyev dekabrın 9-da Charles De Gaulle Qırıcı daşıyan gəmisini ziyarət edən Fransa prezidenti Fransua Ollandla da görüşüb. Söhbətdə ABŞ və Fransa arasındakı hərbi əlaqələrin yüksək səviyyədə olmasından razılıq ifadə edib.
7news.Az









