Antalyanın Manavqat rayonunda azərbaycanlılar içkili halda qəzaya düşüblər.
Elnur İsmayılov kirayə götürdüyü 07 AOZ 352 dövlət nömrə nişanlı avtomobillə yanğın baş verən bölgəyə gəlib. İçkili halda olan Elnur İsmayılov avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Avtomobil yolun kənarındakı ağaca çırpılıb. Nəticədə sərnişin Şamil Ahaliev ağır yaralanıb və xəstəxanaya yerləşdirilib.
Sürücü Elnur İsmayılov hüquq-mühafizə orqanları hadisə yerinə gəlməmiş qəza yerini tərk edərək yaxınlıqda yerləşən polis bölməsinə gedib.
Elnur İsmayılovu polislər alkotesterdən keçiriblər. Məlum olub ki, o içkili halda qəza törədib.











