“Azərbaycanlılar Slavyan ölkələrində” adlı layihəsinin növbəti qonağı Rusiyada yaşayan və Azərbaycan diasporasında xüsusi xidmətləri olan Elmira xanım İsmayılovadır
-Salam Elmira xanım. Sizi “Azərbaycanlılar Slavyan ölkələrində” adlı layihədə Xoş gördük. Zəhmət olmasa, özünüz haqqınızda oxuculara geniş məlumat verin.
-Hər şeydən öncə diqqətinizə görə sizə öz minnətdarlığımı bildirirəm.Mən inanıram ki,Rusiyada bu iki dövlət arasında dostluq əlaqələri yaratmağa çalışan çoxlu həmvətənlərimiz yaşayır. Özüm haqqında nə danışa bilərəm?Mən Azərbaycanın füsunkar Tovuz şəhərində anadan olmuşam.Deməzdim ki,qayğısız uşaqlığım olub.Çox erkən, yaşımda anamı itirdim.Bizi, 5 uşağıq,atam böyüdüb.Məncə,bunun necə çətin olduğunu təsəvvür etmək çətin deyil.Ailədə hamıdan çox mənim bəxtim gətirdi,mən sonbeşik idim.Yeganə bacımın və 3 qardaşımın sevgi və qayğısını lazımi qədər hiss etdim.Bacım Zemfira xanıma isə həmişə borcluyam.O mənə anaəvəzi olub,bizə görə çox şeyi qurban verib.İndi də nail olduqlarım onun xidmətidir.O da müəllimədir,ona görə bu peşəyə məndə heç bir sual yaranmadı.1980-ci ildə 26 Bakı Komissar adına (indi Tusi adınadır) orta məktəbi fərqlənmə ilə bitirdim və M.F.Axundov adına Pedaqoji İnstitutuna daxil oldum.1985-ci ildə uğurla təhsilimi başa vurdum.O vaxtlar tələbələri başqa-başqa rayonlara göndərirdilər,amma mən azad təyinat aldım,çünki mən artıq Kirov adına Hərbi Dəniz məktəbinin kursantı ilə ailə qurmuşdum.Yoldaşım məktəbi bitirənə qədər,mən də həmin məktəbə işə düzəldim və xarici kursantlara rus dilini tədris etdim.Şagirdlərim isə Afrika və Asiya ölkələrindən idi.
-Azərbaycan və Slavyan xalqları arasında dostluq və əməkdaşlıqdan razısınızmı?
-Təbiətən mən olduqca mehriban insanam və dostluğa çox böyük dəyər verirəm.Moskvada olan bütün təşkilatlarla əlaqə saxlamağa çalışıram,axı, bizim bir amalımız var:Azərbaycan və rus xalqları arasında dostluq əlaqələrini inkişaf etdirmək.16 oktyabrda Azərbaycan Slavyan Gəncləri Assosiasiyası ilə birgə Azərbaycanın Milli Müstəqillik günü münasibətilə biz ümummilli lideri Heydər Əliyevə həsr olunmuş gözəl bir tədbir keçirdik.
-Bir təhsil işçisi kimi bu dostluğa hansı bir töhfəni vermisiz?
-Məncə, təhsil insanın qəlbinə,zəkasına olduqca böyük təsir eədən bir sahədir.Axı, bizim gələcəyimiz tərbiyə etdiyimiz gənclərdən asılıdır.Böyüməkdə olan gənclərimizin mənəvi tərbiyəsinin böyük əhəmiyyəti var:ona ən ümdə bir məsələ kimi qiymət vərmək lazımdır.Əlbəttə, tərbiyə işi ailədən başlamalıdır,məktəb isə bu tərbiyəni davam etdirib başa çatdırmalıdır.Məktəbimizdə müxtəlif millətlərin nümayəndələri təhsil alır.Çoxları bizim məktəbi sözün yaxşı mənasında kiçik SSSR adlandırır.Bu gün fəxrlə deyə bilərik ki,bizim tədris müəssisəmizdə heç bir milli söhbət yoxdur.Burada çiyin-çiyinə 20-dən çox millətin nümayəndələri təhsil alır.Mənim pedaqoji borcum yalnız yaxşı təhsil vermək deyil,eyni zamanda cəmiyyətimizə yaxşı insan verməkdir.Məncə, “yaxşı təhsil” və “yaxşı insan” eyni məna kəsb edən idadələrdir.
-Rusiyada neçənci ildən yaşayırsız?
-1986-ci ildə həyat yoldaşımın təyinatı ilə əlaqədar Kalininqrad vilayətinə getdik,demək olar ki,20 il orada yaşadıq,doğrusunu desək, gözəl Baltiysk şəhərində qulluq etdik.Yoldaşım hərbi xidmətdə,mən isə Baltiysk şəhərinin 7 nömrəli gimnaziyasında dərs deyirdim. 2003-cü ildə biz Moskvaya köçdük.Özümüz də bilmədən 30 ili belə başa vurduq. Bildiyiniz kimi,gəldiyimiz ilk gündən Moskva bizi çox mehribancasına qarşıladı.Başa düşürsünüzmü,Rusiya burada yaşayan adamlardır.Həyatımızdan bir hadisə danışım. Mənim həyat yoldaşımı Kalininqrada göndərəndə avqustun axırları idi.Artıq, qızım dünyaya gəlmişdi.Hələ bir aylıq idi.Buna baxmayaraq birgə uçmaq qərarına gəldik.İndi başa düşürəm ki,bu, mən tərəfdən düşünmədən atılan bir addım idi,eyni zamanda yoldaşımla heç vaxt ayrı olmamışdım.Azərbaycandan təyyarə ilə sentyabrda uçduq,havanın temperaturu +30 dərəcə idi,gəlib Kalininqrada düşdük,burada isə temperatur +1,sulu qar yağırdı.Şəhərin bütün mehmanxanalarını gəzib dolaşdıq,bir boş yer tapmadıq.Ümidsiz halda bütün yüklərimizi Mayak kinoteatrının yanında boşaltdıq.Yeganə çıxış yolumuz var idi.Qayınatamın tanışının telefon nömrəsi var idi.Ona zəng edib bizə mənzil tapmaqda kömək etməsini xahiş etdik.Beləliklə, həmin ailə nəinki bizi yerləşdirdi, mənzil tapana qədər bizi bir həftə buraxmadı.Mən heç vaxt o gözəl ailənin xeyirxahlığını və səmimiliyini unutmayacam.İndi bizim olduqca çox gözəl dostlarımız var.Və mən özümü Rusiyada öz evimdəki kimi hiss edirəm.Məktəbdəki işim məndə belə bir hiss yaradır ki,mən sanki həm Rusiyada,həm də Azərbaycanda yaşayıram. Yeganə çatışmamazlıq ondadır ki,doğmalardan çox uzaqdayam.Onların yeri görünür.Ola bilsin ki,təqaüdə çıxarkən,imkan olduqca,mən həm orada,həm də burada yaşayaram.
-Səfirliyimiz və diaspor təşkilatlarımızla əməkdaşlıq edirsinizmi?
-Yuxarıda dediyim kimi,biz Azərbaycanın Rusiyadakı bütün diaspor təşkilatları ilə əlaqə saxlayrıq.Xususilə də Azərbaycan Respublikasının səfirliyini,şəxsən Polad Bülbüloğlunu qeyd etmək istərdim.Çox çətin vəziyyətlərimiz olub.Həmişə Polad Bülbül oğlu bizə möhkəm arxa olub,lazımı köməklilkəri göstərib.Nigar xanım Axundovaya,Vüqar İmaməliyeva və bütün əməkdaşlara öz dərin minnətdarlığımı bildirirəm. Heydər Əliyev Fonduna,şəxsən Leyla xanım Əliyevaya da öz təşəkkürümü bildirirəm.Fond bizə həmişə nəinki mənəvi,eyni zamanda maddi köməklik göstərib. Məktəbimizlə saxladığı dostluq və əməkdaşlığa görə bütün təşkilatlara,onlar heç də az deyil,öz təşəkkürümü bildirirəm. Qeyd etmək istəyirəm ki,məktəbimiz yalnız Rusiyadakı təşkilatlarla əlaqə saxlamır.Məktəbimizin Azərbaycanda da çoxlu dostları var.Biz eyni zamanda Azərbaycanda keçirilən bütün ədəbi tədbirlərdə iştirak etməyə çalışırıq.Biz indi Azərbaycan Prezidenti yanında Bilik Fondunun keçirdiyi yaradıcılıq konkursunun nəticələrini gözləyirik.İki şagirdimizin işlərini Bakıda keçirilən "Kitabi-Dədə Qorqud" eposunun motivi əsasında sərgiyə göndərmişik.
-Moskvada yeganə Azərbaycan təmayüllü məktəbin rəhbəri sizsiniz. Xahiş edirik məktəb haqqında oxuculara məlumat verəsiz ?
-K.Kərimov adına DBTM OTM 157 nömrəli məktəb Moskva Təhsil Komitəsini 319 nömrəli əmri ilə 29.08.1997-ci ildə yaradılıb.Açılışın məqsədi Moskvada yaşayan azərbaycanlı uşaqlara öz tarixi başlanğıcını unutmamaq üçün dil,tarix,mədəniyyət və xalqın adət-ənənələrini öyrənmək üçün imkan yaratmaqdır,öz mədəniyyətini öyrənməklə yanaşı təhsil aldığı yerdə xalqın adət-ənənələrinə,mədəniyyətinə hörmət etmək və qiymətləndirməkdir. Məqsədimiz: -müasir şəraitdə ünsiyyətə öyrəşməyə hazırlıq üçün ünsiyyət bacarığının əsasını qoymaq; -insana onu əhatə edən cəmiyyətlə birləşməklə inkişaf etməyə imkan yaratmaq; -başqa xalqlarla həmrəylik ruhunda tərbiyə etmək; -qarşılıqlı mədəniyyət əsasında Azərbaycan ünsiyyətinin növlərinin xüsusiliyi ilə tanış etməkdir. Məktəbdə hər il 23-dən 30-a qədər müxtəlif millətlərin nümayəndələri təhsil alır.Məktəbin xüsusiyyəti ondan ibarətdir ki,o, tək millətin deyil,müxtəlif millətlərin təhsil aldığı məktəbdir.Beləliklə, əsil mənəvi tapşırıq-bir-birinin mədəniyyətinə hörmət etməklə tolerant,mənəvi zəngin olan və sözün əsil mənasında əsil vətəndaş tərbiyə etmək və bu yolda ona kömək etmək tapşırığı həyata keçirilib.Bu təhsil proqramını həyata keçirərkən məktəb qarşısına milli gərginliyin azaldılması məsələsini həyata keçirdi. Tərkibində uğurla fəaliyyət göstərən tərbiyə və təhsilin etnomədəni bölgələri yaradıldı.Bu, vokal studiyası,vokal ansablı,Azərbaycan xalq rəqsləri,təsviri incəsənət studiyası,teatr studiyası,tarix,musiqi, Azərbaycan xalqının adət-ənənələri və mədəniyyəti. 1 sentyabr 2015-ci ildən məktəbimiz birləşmək yolu ilə 1583 saylı gimnaziyanın tərkibinə daxil oldu.Bizim kompleksə 4 təhsil məktəbi və 5 uşaq bağçası daxildir.İndi biz K.Kərimov adına DBTM "Gimnaziya 1583" adlanırıq.Gimnaziya tərəfindən "Çoxmilli meqapolis şəraitində Moskva şəhərinin DBTM "Gimnaziya 1583" təhsil kompleksində vahid çoxşaxəli təhsil ocağının yaradılması proqramı işlənib hazırlanmışdır. Eyni zamanda kompleksimizdə Azərbaycan təhsilinin etnomədəni inkişafının konsepsiyası hazırlanmışdır.Bu tədris ilində bizim bolgədə 1-ci və 10-cu siniflər yoxdur.Bununla belə etnomədəni komponentin bütün fənləri uğurla fəaliyyət göstərir.Bizim məqsədimiz nəinki məktəbizdə təhsil alanların,hətta bütün kompleksin şagirdlərinin fikrini mədəniyyətimizin və dilimizin öyrədilməsinə cəlb etməkdir.
-Məktəbdə təhsilin keyfiyyəti və şagirdlərin bilik səviyyəsi sizi qane edirmi?
-Əvvəlcədən vurğulamaq istəyirəm ki,məktəbimizdə təhsil alanların 80%-i müxtəlif səbəblər üzündən öz doğma vətənlərini tərk etmiş ailələrin uşaqlarıdır.Başa düşmək çətin deyil ki,rus dili əksəriyyət üçün doğma dil deyil,bəziləri isə ümumiyyətlə, dil bilmirlər.Biz onları sinfə gətirməzdən əvvəl,onlara bir il dil öyrədirik.Buna görə təhsilin və tədrisin keyfiyyətini müqayisə etmək düzgün olmazdı.Diaqnostik yazılar zamanı heç kəsə güzəşt edilmir.Çox hallarda isə verilmiş sualları başa düşmədiklərindən pis qiymətlər alırlar.Dil öyrənmək üçün bir il kifayət deyil.Eyni zamanda bunu da qeyd etmək istərdim ki,məktəbimizin məzunları rus dilindən buraxılış imtahanlarında heç vaxt iki almayıblar.Bu, bizim pedaqoqların səviyyəsini göstərir.Belə uşaqları öyrətmək üçqat çətindir.Medalistlərimiz az olmayıb.Demək olar ki,hamısı ali məktəblərə daxil olub.İndi özünüz nəticə çıxarın.
-Elmira xanım, hər kəsə məlumdur ki, rəhbərlik etdiyiniz təhsil ocağı həm də diasporumuzun sıx-sıx ziyarət etdiyi və mötəbər tədbirlərə ev sahibliyi etdiyi məkandır.Bunu məktəbin kollektivinin və şəxsən sizin uğurunuz kimi qəbul edə bilərikmi?
-Çubuqlar haqqında ibrətamiz bir hekayə var.Biz bir yerdə olanda bizi qırmaq çətindir.Diasporun təkanı olmasa bizə çox çətin olardı.Uğur qazananlar, bunu etiraf etsələr də, etməsələr də onlara kömək edənlərə borcludurlar.Bizim həyatımız başqa insanlarla qarşılıqlı münasibətlərlə keçir.Bütün kollektivimiz diasporumuzun bütün təşkilatlarına məhsuldar əlaqələri üçün öz dərin minnətdarlığını bildirir.Birgə səylərimizə rəğmən məktəbimiz bu günə qədər mövcuddur,ümid edirik ki,məktəbimiz öz fəaliyyət dairəsini inkişaf etdirib genişləndirəcək.Biz ürəkdən inanırıq ki,biz beləcə də əməkdaşlığımızı davam etdirəcəyik.
-Azərbaycan və Rusiya təhsil sistemi arasında fərq varmı?
-Mənə elə gəlir ki,Azərbaycan və Rusiya təhsil sistemi arasında elə bir fərq yoxdur: nədəsə Azərbaycan irəlidədir,nədəsə Rusiya.Yeniliklər heç də həmişə yaxşı nəticələr vermir.Bu, yalnız mənim şəxsi fikrimdir.Zaman dəyişir,cəmiyyət inkişaf edir,yeni standartlar yaranır.Yeni qəbul olunmuş qanunların nəticələrini isə sonra öyrənirik.
-Bildiyiniz kimi layihəmizin məqsədi Slavyan ölkələrində yaşayan azərbaycanlıların tanıdılması, onların Azərbaycan və Slavyan xalqları arasında əlaqələrin inkişafına verdikləri dəstəkləri oxuculara təqdim etməkdir. Slavyan mədəniyyətinə və təhsilinə töhfə verən bir ziyalımız olaraq Layihəmiz haqqında ürək sözlərinizi bilmək maraqlı olardı?
-Bir daha mənə göstərdiyiniz marağa görə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinə öz dərin minnətdarlığımı bildirmək istəyirəm.Hər kəs,cəmiyyətdə tuduğumuz mövqədən asılı olmayaraq,bacardığını etməlidir.Mən həmişə öz şagirdlərimə də deyirəm ki,biz haradan olduğumuzu unutmamalıyıq və bilməliyik ki,bizim hərəkətlərimizlə bütün xalqımızı mühakimə edirlər.Ən asası da əgər biz iki dost xalqın birləşməsinə xeyir verə biliriksə,deməli,əbəs yerə çalışmamışıq.
ASGA mətbuat xidməti
Söhbətləşdi: Ozal Məmmədov













