RU
Azərbaycanlıları təhqir edən veriliş heyəti efirə qayıdır
10:32
391

Azərbaycanlıları təhqir edən veriliş heyəti efirə qayıdır

Azərbaycan türklərini təhqir edən "Fitilə əmiləri" adlı qrup yenidən İran televiziyasına qayıdır.

7News.Az axar.az-a istinadən bildirir ki, "Əkizlər kollektivi" adı ilə televiziyaya qayıdan qrup İran Səhiyyə Nazirliyinin yardımı ilə uşaqlar haqda proqramla çıxış edəcək.

 

Qeyd edək ki, 2015-ci il noyabrın 6-da İran televiziyasında yayımlanan "Fitilə" televiziya komediyasında diş fırçası ilə tualet fırçası arasındakı fərqi bilməyən bir türk uşağının təsvir edilməsi Güney Azərbaycanın əksər şəhərlərində etirazlara səbəb olmuşdu.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ