RU
Azərbaycanlıların 440 min manat pulunu mənimsəyən şəxs ölkədən qaçdı
15:43
599

Azərbaycanlıların 440 min manat pulunu mənimsəyən şəxs ölkədən qaçdı

O, beynəlxalq axtarışa verilib.

Azərbaycan hüquq-mühafizə orqanları külli miqdarda dələduzluq edən şəxs barəsində beynəlxalq axtarış elan edib.

Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, 38 yaşlı Rəvan Əliyev dələduzluqda təqsirləndirilir.

O, Azərbaycandan qaçdığı üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.

R. Əliyev vətəndaşların 440 min manat məbləğində pulunu mənimsəyib./apa

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ