RU
Azərbaycanlını köynəyinin üstündəki yazıya görə Türkiyədən deportasiya etdilər
14:58
261

Azərbaycanlını köynəyinin üstündəki yazıya görə Türkiyədən deportasiya etdilər

Üstündə Hero (Red. – ingilis dilindən tərcümədə "qəhrəman”) yazısı olan köynək geyinmiş Azərbaycan vətəndaşı Türkiyədə saxlanılıb və ölkədən deportasiya edilib.

7news.Az-ın məlumatına əsasən, bu barədə "Hürriyet” məlumat yayıb.

Məlumata əsasən, polis azərbaycanlını Qarsda saxlayıb. Asayiş keşikçilərinin diqqətini adamın köynəyinin üstündəki "Hero” sözü cəlb edib. Dindirmədən sonra Azərbaycan vətəndaşı ölkədən deportasiya olunub.

Türklər abreviaturanı "Hoca Efendi Razı Olsun” kimi  şərh edirlər. "Hoca” deyərkən isə FETÖ lideri Fəthulla Gülən nəzərdə tutulur.  

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ