RU
Azərbaycanlını qarət edən dörd türk ələ keçdi
11:50
216

Azərbaycanlını qarət edən dörd türk ələ keçdi

Yunanıstana keçmək üçün Türkiyənin İspala sərhəd-keçid məntəqəsində növbə gözləyən azərbaycanlı TIR sürücüsü E.N. qarət edilib. 

7News.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, dörd nəfər TIR-ın sürücü kabinəsinə hücum edib. 

Hücum zamanı oğrular azərbaycanlıya silahla hədə-qorxu gələrək, üzərindəki pulu və mobil telefonu götürüblər. 

Hadisədən sonra E.N. polisə şikayət edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları qarətdə şübhəli bilinən dörd Türkiyə vətəndaşını yaxalayıb. 

Onların üzərinə baxış zamanı bir ədəd tapança, ədəd ov tüfəngi, sursatlar və 12 mobil telefon aşkarlanıb.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ