Ötən gün azərbaycanlı idmançıya qardaş deyən erməni bu gün dediklərini təkzib etdi.
Erməni xisləti bir daha özünü göstərdi. Azərbaycanlı idmançının ölümdən xilas etdiyi erməni dediklərini danıb. Belə ki, erməni mətbuatına açıqlama verən aykikendo federasiyasının prezidenti David Atanesyan Kiprin Girne şəhərində azərbaycanlı taekvando ustası Həsən Həsənzadə tərəfindən ölümdən xilas edilməsini təkzib edib.
Onun açıqlaması isə belə olub: "Hovuzda mənim ürəyim dayanıb. Rusiya idman federasiyasının vitse prezidenti və azərbaycanlı idmançılar məni ancaq hovuzdan çıxarıblar. Sonra isə xəstəxanaya aparıblar məni. Mən onlara təşəkkür etdim və bununla məsələ bitdi. Biz idmançıyıq və bu hər birimizin başına gələ bilər. Mən hovuzda boğulmurdum və huşumu itirməmişəm".
Erməni idmançı bu barədə yazılmasını istəmədiyini deyib. Onların yerində kim olsa belə edərdi.
İki gün öncə Ermənistana qayıdan Avanetesyan artıq özünü yaxşı hiss etdiyini və bu məsələnin bağlandığını deyib.
Xatırladaq ki, Şimali Kipr Türk Cümhuriyyətində keçirilən taekvando üzrə çempionada iştirak edən azərbaycanlı erməni idmançının həyatını xilas edib. Girnə şəhərində oktyabrın 22-də yarışdan sonra ermənistanlı idmanaçı Davit Atenesyan qaldığı otelin hovuzunda üzmək istəyib. Lakin suya girən idmançı huşunu itirərək boğulma təhlükəsi ilə üzləşib./anspress
7news.az








