RU
Azərbaycanlıya aid yarım tonluq mal məhv edildi
03:08
400

Azərbaycanlıya aid yarım tonluq mal məhv edildi

Rusiya dövlət qurumlarının nümayəndələri Azərbaycan vətəndaşının Tolstoy meydanında satdığı 500 kq. həcmində meyvə və tərəvəz partiyasını məhv ediblər.

7news.az report-a xəbər verir ki, insident noyabrın 6-da Dövlət Baytarlıq Müfəttişliyi əməkdaşlarının miqyaslı reydi zamanı baş verib.

Məlumata görə, Azərbaycan vətəndaşının meyvələrin satışı üçün icazə sənədi olmayıb. Nəticədə yarım ton həcmində olan meyvə və tərəvəzin məhv edilməsi barədə qərar qəbul olunub.

Dövlət idarəsindən bu kimi tədbirlərin bundan sonra da davam etdiriləcəyi bildirilib.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ