RU
Azərcell, cibimə girmə! - OPERATORA QARŞI SOSİAL ETİRAZ KAMPANİYASI BAŞLADI
13:23
1167

Azərcell, cibimə girmə! - OPERATORA QARŞI SOSİAL ETİRAZ KAMPANİYASI BAŞLADI

Sizin də bildiyiniz kimi Azercell GSM şirkəti mütəmadi olaraq kampaniyalar keçirir və abonentlərinin xəbəri olmadan onları bu kampaniyalara abonə edir. Vaxtaşırı abonəçilərindən 5 qəpik, 10 qəpik vəsait tutur.  
 
7news.az xəbər verir ki, jurnalist Ramal Hüseynov öz "facebook” səhifəsində "Azercell GSM” ə qarşı sosial etiraz kampaniyası başlayıb. Etiraz yazısının mətnini təqdim edirik.  Bu haqda daha əvvəl bir yazı yazmışdım və sosial şəbəkələrdə fərqli istifadəçilərin eyni məzmunlu şikayətlərini də görmüşəm. Bunun sadəcə bir adı var, Azercell abonəçilərinin cibinə girir. Müxtəlif kampaniyalar həyata keçirərək abonəçilərinin razılığını almadan onların balansından müəyyən qəpik çıxır. Bu qəpiyin miqdarı sizin üçün böyük olmaya bilər, amma nəzərə alsanız ki, bu sadəcə sizdən deyil, milyonlarla abonəçisindən də turulur (Məsələn 4 milyon abonəçisi varsa və hər abonəçisindən gün ərzində 10 qəpik götürsə bu 400.000 edir) bu rəqəmin nə qədər böyük olduğunu görərsiniz. Azercell şirkəti 10 ildən artıq istifadə etdiyim nömrəmi müxtəlif zaman dilimlərində mənim razılığım olmadan fərqli üsullarla müxtəlif kampaniyalara abone edərək balansımdan müəyyən məbləğlərdə (qəpiyin miqdarı önəmli deyil) pul götürüb.
 
Bir daha vurğulayıram ki, bu addımını mənim təstiqim olmadan edib. Qısa mesajla göndərdikləri elanı təstiq etmədiyim və təstiq mesajı göndərmədiyim halda məni kampaniyaya abonə edir və bir müddət sonra yenidən mesaj göndərir ki, "filan kampaniya uğurla yeniləndi!" Nə zaman qoşuldum ki, indi də yenilənir? Azercell müştəri xidmətlərinə zəng etdiyim zaman isə, operator sanki minnət qoyarcasına: "Biz Azercell abonəçilərini kampaniyamıza bir aylıq pulsuz qoşuruq, sonra isə bir ay bitəndən sonra pullu olur xidmətimiz və balansdan 10 qəpik silirik" Siz kimsini axı? Siz mobil rabitə şirkətisiniz yoxsa quldur?   Bütün beynəlxalq müştəri məmnuniyyəti, hüquqları və haqlarını istədiyiniz vaxt, istədiyiniz üsullarla pozursunuz və abonəçilərə minnət də qoyursunuz. Hüquqşünas olmadığım üçün məsələnin hüquqi tərəfini hüquqşünaslara həvalə edirəm, amma məlumatlı şəxs olaraq onu qeyd edirəm ki, Azercell bütün istifadəçilərinin məxviliyini qorumalı, və hesabının təhlükəsizliyini təmin etməlidir. Amma Azercell müştərisinin hesabına özü müdaxilə edir və hələ gözümüz gördüyü halda pul götürür, görmədiyimiz və bilmədiyimiz üsullarla nə edir onu artıq deyə bilmərəm.
 
Çox uzun olmasın deyə yekun olaraq bunu qeyd edirəm ki, bu çür kampaniyaları ilə Azercell mənim və digər abonentlərin istehlakçı, abonəçi hüququmu pozur. Onlara etibar edib balansımıza yüklədiyimiz pulları istədiyi vaxt götürür və gücündən istifadə edərək bu kampaniyalarını dayandırmır. Azercellin bu cür addımlarını durdurmamasının bir səbəbi də istifadəçilərdən kütləvi şəkildə etiraz almamasıdır. Sizdən istəyim və xahişim odur ki, əgər böyük addımlar ata bilmirsinizsə, bir paylaşımla bu etiraz kampaniyasının çoxalmasına dəstək olun və dostlaınıza, tanışlarınıza çatdırın. Bilirəm deyəcəksiniz ki, hüquqlarımızı pozan sadəcə Azercell deyil, hansı biri ilə mübarizə edək? Haqlısınız, amma biri ilə bu mübarizə bugündən başlasaq və uğurlu olsa, digərləri ilə də mübarizəyə yol açılır.
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ