RU
Azercell-in  Balakən, Zaqatala, Qax və Şəkidə olan  müştəriləri rabitə əlaqəsindən məhrum olublar
22:10
1148

Azercell-in Balakən, Zaqatala, Qax və Şəkidə olan müştəriləri rabitə əlaqəsindən məhrum olublar

Azərbaycanda mobil operatorların xidmətindən istifadə zamanı qırılmalara son vaxtlar tez-tez rast gəlirik.

Bu dəfə isə oxşar problem Azercell-in rabitə şəbəkəsində qeydə alınıb. Belə ki, Balakən, Zaqatala, Qax və Şəkidə bu operatorun müştəriləri rabitə əlaqəsindən məhrum olublar. Seçkilərdən sonra bu halın baş verməsi KİV-lər, xüsusilə televiziyanın işində müəyyən çətinliklər yaradır. Oxşar hallar bundan öncə də yaşanıb.

Şəki, Zaqatala, Balakən və Qaxda təqribən axşam 17 radələrindən bu operatorun xidmətindən istifadə qeyri-mümkün olub. Nəticədə istifadəçilər mobil əlaqə saxlamaq imkanından məhrum olublar. Şəkidə apardığımız sorğu zamanı da sakinlər məsələ ilə bağlı narahatlıqlarını bildiriblər.

Bu amil bir sıra dövlət orqanları, idarələr, şirkətlərin işində müəyyən çətinliklərə səbəb olub. Xüsusilə Azercell-in müxtəlif xidmət paketindən istifadə edən şirkətlər bu problem səbəbindən böyük çətinlik yaşayıb. Azersell-in Koorporativ Ünsiyyət Şöbəsinin rəhbəri Nigar Şixlinskayanın "Kanal S"ə verdiyi açıqlamaya əsasən, optik kabeldə qırılma olub. Mexaniki zədə baş verib və buna görə də bir neçə saat ərzində bu operatorun xidmətindən istifadə mümkünsüz olub. Şirkət rəsmisinin sözlərinə görə, məsələ ilə əlaqədar mütəxəssislər cəlb olunub və yaranan problemin həlli istiqamətində iş aparılır. Qeyd edək ki, oxşar problem bundan əvvəllər də bir neçə dəfə qeydə alınıb. Ancaq Azercell rəsmisinin sözlərinə görə, bundan əvvəl baş verən bu cür hadisələr müxtəlif səbəblərdən olub. Regionlarda əsasən ona görə bu cür hallar baş verir ki, elektrik enerjisinin verilməsində problemlər yaşanır. Elektrik enerjisinin dayandırılması zamanı şəbəkədə qırılma yaşanmaması üçün hazırda bütün radiobaza stansiyalarında generatorlar quraşdırılır. Hər halda, bu halın dəfələrlə təkrarlanması və geniş miqyas alması məsələnin ciddiliyindən xəbər verir.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ