Azərbaycanın ən böyük mobil operatoru olan "Azercell" yenə də öz ənənələrinə sadiq qalıb.
Belə ki, "Azercell"lə bağlı 7News.Az redaksiyasına çoxlu sayda şikayətlər və fırıldaqçılıqla bağlı məktublar daxil olur.
Bu dəfə isə diqqətimizi çəkən əsas məsələ mobil nömrələrə qoyulan qiymətlər oldu.
Ən Əsası isə 15 min manat qiymət qoyulmuş 0508999999 mobil nömrəsi.
Məlumat üçün "Azercell"in satış təmsilçisi Qabil Həsənovdan "Qiymətlər nəyə əsasən müəyyənləşdirilir?" deyə, soruşduq.
Sualımızın cavabı isə çox maraqlı oldu: "Bir söz deyə bilərəm bura Azərbaycandır. Nömrə fərqi yoxdu. İkisinə də zəng gəlir. Bir şey də var ki, hər kəs nömrə alanda adın yazır. Zəng edəndə ad düşür. Nömrə yox".
Qeyd edək ki, mobil nömrələr üçün bu cür qoyulan qiymətlərin həqiqətən də nəyə əsasən müəyyənləşdirildiyi isə, heç kəsə məlum deyil.








