RU
“Azercell”dən növbəti fırıldaq:
20:06
1950

“Azercell”dən növbəti fırıldaq: "ASAN İMZA" ALAN MÜŞTƏRİLƏRİN NƏZƏRİNƏ

Asan imza üçün "Azercell”dən nömrə alan müştərilər ehtiyyatlı olun.

7news.az xəbər verir ki, operatorun nümayəndəsi C.Tağıyevin dediyinə görə artıq 3 aydır ki, "Azercell” bü məqsəd üçün nömrə alanları sadə bir yolla aldadıb və aldadmaqda davam edir. Şikayəti olduğu kimi təqdim edirik:

 

"Belə ki, 2016-cı ilin oktyabr ayına qədər bu nömrələrin aylıq abunə haqqı 1(bir) manat olub, noyabr ayından başlayaraq "Azercell” birtərəfli qaydada aylıq abunə haqqını 4(dörd) manata qaldırır və abunə haqqının artırılması barədə abunəçilərə heç bir məlumat vermir . Bir müddət keçdikdən sonra abunəçi "Azercell”ə müraciət edərək məsələnin nə yerdə olduğunu soruşduqda ( telefon nömrəsinin niyə işləmədiyini soruşduqda) isə operatorun nümayəndələri bidirirlər ki, abunə haqqına borcunuz var, borcu ödəyin sonra istəsəniz tarif paketini dəyişə bilərsiniz. "Nə üçün abunə haqqı artırılanda bizə məlumat verilməyib?” sualına isə "Azercell” nümayəndəsinin cavabı : "Bizdə qayda belədir !” oldu. Çox maraqlığır, görəsən "Azercell”də qaydalar hansı qanunla tənzimlənir ?

Hörmətli redaksiya, xahiş edirəm bu məsələyə aydınlıq gətirilməsinə köməklik göstərəsiniz.”

 

Qurbanəli İsmayılov

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ