RU
“Azərenerji” ASC tərəfindən yanvar ayında  2,164 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib
13:12
667

“Azərenerji” ASC tərəfindən yanvar ayında 2,164 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib

2017-ci ilin yanvar ayında ölkə enerjisi sistemində 2,2 mil­yard kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib.

Bu barədə 7NEWS.az-a "Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinə Mərkəzi Dispetçer İdarəsindən məlumat verilib.

"Azərenerji” ASC tərəfindən istehsal edilən elektrik enerjisinin həcmi 2,164 milyard kilovat-saat olub. Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.

Qeyd edək ki, ötən ilin yanvar ayı ölkə üzrə 2,05 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ