RU
“Azərenerji” Rusiyadan qaz alacaq
12:05
208

“Azərenerji” Rusiyadan qaz alacaq

“SOCAR bunun üçün öz infrastrukturunu təklif edə bilər”.

Azərbaycan “Azərenerji” ASC üçün Rusiyanın “Qazprom” şirkətindən təbii qaz almağı nəzərdə tutur.

7news.az Report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, “Azərenerji” ASC-yə Rusiya qazının nəql olunması üçün SOCAR-ın infrastrukturundan istifadə oluna bilər.

“Azərbaycanda “Azərenerji”yə əlavə həcmdə qaz lazımdır, hazırkı həcm çatmır. Buna görə də qaz idxalı nəzərdə tutulur. SOCAR bunun üçün öz infrastrukturunu təklif edə bilər”, - deyə E.Nəsirov əlavə edib.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ